Fevralın 9-da Los-Ancelesdə keçirilən "Oscar" mükafatlarının təqdimat mərasimində anlaşılmazlıq yaşanıb.

Unikal.org xəbər verir ki, məşhurların çoxu gecəyə sevdikləri xanımlarla qatılsalar da, Kianu mərasimə 76 yaşlı anası Patrisiya Teylor ilə təşrif buyurub.

Bir sıra informasiya agentliklərində isə aktyorun anası, sevgilisi rəssam Aleksandra Qrant kimi qələmə verilib.

Bir müddət sonra isə mətbuat işçiləri Rivzin anası ilə sevgilisini səhv saldıqlarını anlayıblar.

Sosial şəbəkə istifadəçiləri isə aktyorun 76 yaşlı Patrisiyanın 47 yaşlı sevgilisindən qat-qat gözəl olduqlarını vurğulayıblar.

Qeyd edək ki, Aleksandra Qrantı aktrisa Helen Mirrenə də bənzətmişdilər.