Çində koronavirusa (COVID-19 – rəsmi adı) yoluxanların sayı 44,6 min nəfəri ötüb. 

Unikal.org TASS-a istinadən xəbər verir ki, yeni virusdan ölənlərin sayı 1113 nəfərə çatıb. 

Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin məlumatına görə, yoluxanlardan 4740 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. 

Ölkədə koronavirusdan rəsmi ölüm nisbəti 2,49% təşkil edir.