Tapançayla özünü öldürən polisin atasının şikayətindən sonra idarə rəisi və iki rəis müavini işdən çıxarılıb.

Unikal.org xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. 23 yaşlı polis Muhammed Emin Kaya dilənçilərə qarşı keçirilən əməliyyatda iştirak edib. İdarəyə gəitirilən dilənçilərin üzərindən 315 TL (88 manat) pul çıxıb. Şöbədə otaqda kilidli seyf tapa bilməyən polis pulu cibinə qoyub.Amma evə gedən zaman pulu şöbəyə təhvil verməyi unudub. Pulun sahibi polis şöbəsinə gələndə məsələ aşkarlanıb. Bundan sonra 2 il yarımlıq polis əməkdaşı ilə bağlı araşdırma başlayıb. M.Eminin işi məhkəməyə göndərilsə də, ona bəraət verilib.

Bundan sonra işinə davam edən polislə bağlı şöbə yenidən araşdırmaya başlayıb. Məhkəmənin əlehinə addım atıldığı üçün M.Emin depresyona düşüb. Bundan sonra isə o üzərində olan tapançadan atəş açaraq özünü öldürüb. Ölən polisin atasının prokurorluğa şikayətindən sonra idarə rəisi və iki rəis müavini haqda "öldürmə həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb.