Parlament seçkiləri ilə əlaqədar indiyə qədər 3 seçki məntəqəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat daxil olmayıb.

Unikal.org report-a istinadən xəbər verir ki,  125 seçki dairəsi üzrə 5 573 məntəqədən 5 570-dən MSK-ya hesabat daxil olub.

Belə ki, bu günə qədər 111 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi MSK-ya hesabat verməyib.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinə seçkilər fevralın 9-da keçirilmişdi.

***10:2

Unikal.org xəbər verir ki, MSK-nın Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli “Report”a açıqlamasında deyib ki, həmin məntəqlərin (11 saylı Zaqatala-Balakən seçki dairəsinin 2, 123 saylı Kəlbəcər seçki dairəsinin 1 seçki məntəqəsi) nəticələri dairə seçki komissiyaları (DSK) tərəfindən ləğv edilib.