Azərbaycanda narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi üçün iki quruma tapşırıqlar verilib.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı"nda qeyd olunub.

Belə ki, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin vaxtında aşkar edilməsi, könüllülük prinsipi əsasında müalicəsi və sağlam həyat tərzinə qaytarılması işinin təşkilində tibb müəssisələrinin, ərazi polis qurumlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi və təkmilləşdirilməsinin icrası Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyinə aidiyyəti qeyri-hökumət təşkilatlarını cəlb etməklə tapşırılıb.