REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.

Unikal.org xəbər verir ki, bu barədə sədr sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edib ki, aksiya fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində keçirilməlidir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab olaraq bildirmişdi ki, müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, "Neftçi" İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.