Bakıda itkin düşən qız tapılıb.

Unikal.org-un məlumatına görə, Nərimanov rayonu, Alı Alıyev küçəsində yaşayan, 1997-ci il təvəllüdlü S.Q-nın fevralın 11-də saat 19:00 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə ailə üzvlərindən “102 Zəng Xidməti”nə müraciət daxil olub.

Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Q. tapılaraq ailəsinə təhvil verilib.