Ekologiya və Təbii Sərvətlər Nazirliyində İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Corc Dikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə  görüş keçirilib. 

Unikal.org xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası və İsrail Dövləti arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.