Çindən İstanbula təxliyyə edilən Azərbaycan, Türkiyə və Gürcüstan vətəndaşların karantin müddəti başa çatıb, xəstəlik əlamətləri aşkarlanmayıb.

Unikal.org xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib:

“Koronavirus olmadığını rahatlıqla söyləyə bilərik. 14 günlük karantin müddətini başa vurdular. Bundan sonra onlar normal həyatlarına davam edəcəklər". 

Azad edilən Azərbaycan vətəndaşları prezident Rəcəb Tayyib Ərdoğana və İlham Əliyevə,  nazir Kocaya təşəkkür ediblər.

Övladı ilə Çindən azad edilən Azərbaycanlı P.S (şərti ad) bunları deyib: "Həkimlərə, bizi İstanbula gətirənlərə təşəkkür edirəm. Çətinlik heç yox idi, 14 gün necə keçdi bilmədik. 7 yaşlı övladım da mənimlə idi".

Xatırladaq ki, Çinin Uhan şəhərindəki Türkiyə vətəndaşları Silahlı Qüvvələrə məxsus ambulans təyyarə ilə fevralın birində Ankaraya gətirilib. Təyyarədə olanlar 14 gün ərzində birnəfərlik otaqlarda müşahidə altında saxlanılıb. Sözügedən təyyarə ilə ümumilikdə 32 Türkiyə, 6 Azərbaycan, 3 Gürcüstan və bir Albaniya vətəndaşı təxliyyə edilib.