Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəpəz RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 12 qram, evindən isə 532 qram tiryək aşkar edilərək götürülüb.

Bundan başqa Qaradağ RPİ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini V.Zeynalov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 39 qrama yaxın, Masazır qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqram 670 qram heroin aşkar edilərək götürülüb.