Yeni növ koronavirusun fotosu ilk dəfə yayımlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan dəhşətli virusdan ölənlərin sayı artıq 1383 nəfərə çatıb. Virusa yoluxan insanların sayı 64437, müalicə edilənlərin sayı isə 6919 olaraq müəyyən olunub. 

Koronavirusun ilk görüntüləri isə ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutu tərəfindən yayılıb.