Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb.  Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. 

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb. 

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. 

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.