Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasda bir sıra məsələlərin müzakirəsindən sonra kadr məsələsinə baxılıb.

Akademik  İbrahim Quliyev öz ərizəsiylə AMEA-nın Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib və institutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.