Qubada yanğın baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd ərazisində iki qardaşa məxsus evlər yanır. Hadisə yerinə FHN-in Quba rayon Yanğından Mühafizə Xidmətinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib. Sakinlər yanğınsöndürənlərin gec çatmasından şikayətlənirlər.

Qeyd edək ki, rayon mərkəzindən Yerfi kəndinə məsafə 50 kilometrdən artıqdır.