Azərbaycan atleti Nazim Babayev Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilən 25-ci Balkan çempionatında qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, 23 yaşlı idmançı üç təkanla 16,92 metr tullanmağı bacarıb. O, Ermənistan təmsilçisi Levon Ağasyanı 0,48 metr, Gürcüstandan olan Laşa Qulelaurini isə 0,63 metr üstələyib.