9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış yeddi namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə Mərkəzi Seçki Komissiyasının qarşısında bəyanat səsləndiriblər.

Unikal.org xəbər verir ki, bəyanat oxunmazdan öncə deputatlığa namizədlər Elşad Musayev, Ülvi Həsənov və Günel Səfərova həmin dairədən lider namizəd olan Kəmaləddin Qafarovun nəticələrini qanunsuz hesab ediblər.Onlar qeyd ediblər ki, adıçəkilən dairədə ciddi qanun pozuntuları olub, jurnalistlərə qarşı təzyiq edilib. Sonra bəyanat səsləndirilib.

Qeyd edək ki, bəyanatı 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa qeydə alınmış namizədlər Elşad Musayev, Əpoş Vəliyev, Elnur Qasımov, Rəşad Rzayev, Günel Səfərova, Nemət Kərimli, Ülvi Həsənov imzalayıb.