İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Unikal.org xəbər verir ki, bu gün son beş sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan start verən İntiqam Vəlizadə Türkiyə güləşçisinə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında son dünya çempionu Beka Lomtadzeyə məğlub olan həmyerlimiz fevralın 16-da bürünc medal görüşünə çıxacaq.

Hacımurad Hacıyev startda Polşa güləşçisini vaxtından əvvəl üstələsə də, 2 qat dünya və 3 qat Avropa çempionu Frank Çamizoya uduzub.

Abubakr Abakarov 86 kq-da debüt görüşündə Latviya idmançısını erkən sıradan çıxarıb. Ancaq Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonov keçilməz olub.

Aslanbek Alborov təsnifat mərhələsində macar həmkarına aman verməyib. Ancaq 1/4 finalda Türkiyə pəhləvanına məğlub olub.

Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, daha sonra türk rəqibini vaxtından əvvəl məğlub edib. Lakin 1/4 finalda Polşa güləşçisinə yenilib.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər fevralın 16-da Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşmaları isə 21:00-da başlayacaq.

61 kq
1/4 final: İntiqam Vəlizadə – Hamza Alaca (TUR) 9:5
1/2 final: İntiqam Vəlizadə – Beka Lomtadze (GEO) 1:2
Bürünc medal görüşü: İntiqam Vəlizadə – Nikolay Oxlopkov (ROU) / Leomid Kolesnik (MDA)

74 kq
Təsnifat: Hacımurad Hacıyev – Patrik Kriştof Olenjin (POL) 12:2
1/8 final: Hacımurad Hacıyev – Frank Çamizo (İTA) 0:5
Təsəlliverici görüş: Hacımurad Hacıyev – Soner Demirtaş (TUR)

86 kq
Təsnifat: Abubakr Abakarov – İvars Samusonoks (LAT) 10:0
1/8 final: Abubakr Abakarov – Artur Nayfonov (RUS) 2:8
Təsəlliverici görüş: Abubakr Abakarov – Axmed Maqamayev (BUL)

92 kq
Təsnifat: Aslanbek Alborov – Bendequz Tot (HUN) 11:0
1/4 final: Aslanbek Alborov – Süleyman Karadeniz (TUR)
Təsəlliverici görüş: Aslanbek Alborov – Simyone Yannattoni (İTA)

125 kq
Təsnifat: Camaləddin Məhəmmədov – Elhad Hukiç (BİH) 11:0
1/8 final: Camaləddin Məhəmmədov – Tanju Gemici (TUR) 11:0
1/4 final: Camaləddin Məhəmmədov – Robert Baran (POL) 2:12
Təsəlliverici görüş: Camaləddin Məhəmmədov – Yohannes Ludeşer (AUT)