Göygöldə qadın dəm qazından zəhərlənib.
Unikal.org
xəbər verir ki, hadisə rayonun Yeni Zod kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Həsənova Turanə Vilayət qızı yaşadığı evin vanna otağından dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

30 yaşlı qadına lazımi tibbi yardım göstərilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir.