Bakının Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Unikal.org-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram küstar üsulla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr CM-nin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram küstar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.