Yaponiyanın paytaxtı Tokio şəhəri yaxınlığındakı Yokohama limanında fevralın 4-dən koronavirusla əlaqədar karantinə alınan kruiz gəmisindəki ABŞ vətəndaşlarını daşıyan təyyarə bu gün Haneda limanından havaya qalxıb.

Unikal.org xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında 300-dən artıq amerikalı sərnişinin olduğu və onlardan 14-də yoluxucu virusun aşkarlandığı bildirilib.