Meksikadan ABŞ-a gedən bir adam bibərlərin arasında narkotik vasitə keçirmək istəyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı gənc narkotik vasitələri üzərində bibər şəkilləri olan qablarda keçirmək istəyib. Lakin həmin qabların rəngi digər bibərlərdən fərqləndiyi üçün o istəyinə nail ola bilməyib.

Ümumilikdə 100 paket narkotik vasitə ələ keçirilib. 200 min dollar (340 min manat) dəyərində narkotik vasitə məhv edilib. 28 yaşlı şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.