Uqandalı 15 yaşlı aktrisa Nikita Pearl Waligwa dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, onun beynindəki şiş səbəbindən öldüyü məlum olub. "Queen of Katwe" filmi ilə məşhurlaşan balaca ulduza dörd il öncə beyin xərçəngi diyaqnozu qoyulub.