Nəticəsi ləğv olunan 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin sədri həm də DOST İş Mərkəzində çalışırmış. 

Unikal.org-un əldə etdiyi məlumata görə, sözügedən dairə seçki komissiyasının sədri Rufiyev Əlövsət Rufi oğlu ötən ilin okyabrından "DOST İş Mərkəzi" MMC-də fəhlə kimi çalışır.

Qeyd edək ki, Hadi Rəcəblini qalib elan edən 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin nəticələri saxtakarlıq faktlarına görə ləğv olunub.

Elvin Rüstəmov