Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzindəki yanğında başından xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan şəxs evə buraxılıb.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Unikal.org-a bildirilib ki, həmin şəxsə xəstəxanada ambulator yardım göstərilib.

Xatırladaq ki, yanğından zərərçəkən 9 nəfərə yerində yardım göstərilmişdi.