Tərtər sakinlərinin evlərindən silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaynaq kənd sakinləri A.Nəbiyev və U.Fərəcovun evlərindən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.