"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşdə onu sözün həqiqi mənasında çətin duruma və beynəlxalq ictimaiyyət qarşısında çıxılmaz vəziyyətə saldı".

Bu sözləri Unikal.org-a açıqlamasında sabiq Baş nazir Novruz Məmmədov deyib. Sabiq baş nazir bildirib ki, İlham Əliyev çıxışı ilə  Ermənistantanın yanlış yolda olduğunu sübut etdi:

"Həmişə olduğu kimi cənab prezidentin bu məsələlərlə bağlı hər tərəfli məlumatlı olması erməni tərəfinin yanlış yolda olduğunu bir daha əyani olaraq sübut etdi. İlham Əliyev dövlət başçısı kimi cəsarətlə və məntiqlə, diplomatik formada Azərbaycanın mövqeyinin düzgün olduğunu, Ermənistan işğalçılarının isə Dağlıq Qarabağdan rədd olub getmə sxemini ortaya qoydu. Prezidentin bu qətiyyətli çıxışı Ermənistan tərəfinin fikirlərini iflasa uğratdı. Buna baxmayaraq yenə də ermənilər bu həqiqətlərdən utanıb, nəticə çıxarmırlar. Cənab İlham Əliyev təcrübə, düzgün mövqe ilə ölkəmizin və xalqın maraqlarını qorumaq üçün bütün strateji addımları atır. Hesab edirəm ki, bu addımların hamısı ölkəmizə uğur gətirəcək".

Famil Fərhadoğlu