Milli Məclisin (MM) ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 19-dan 22-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq.

Unikal.org xəbər verir ki, sessiya çərçivəsində Daimi komitənin iclasında ATƏT PA sədrinin, Baş katibinin, seçki müşahidə missiyalarının və xüsusi nümayəndələrin hesabatları dinləniləcək və müzakirələr olacaqdır.

Komitə iclaslarında “Uzadılmış münaqişələrin həll edilməsində ATƏT-in alət və mexanizmləri”, "ATƏT PA müşahidə missiyalarının Ukrayna, Öbəkistan, Belarus və Azərbaycanda parlament seçkiləri ilə bağlı hesabatları", “İqlim dəyişikliyinin təhlükəsizliyə təsirləri və bu sahədə parlamentarilərin rolu”, “ATƏT regionunda antisemitizm, ayrıseçkilik və dözümsüzlüklə mübarizə” və digər mövzularda fikir mübadiləsi aparılacaq.

İclaslarda deputat Tahir Mirkişili çıxış edəcək, müzakirəyə çıxarılacaq sənədlərə münasibətini bildirəcək.