Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda aşağı yaş qrupu üzrə liqalarla bağlı da qərarlar verilib:

U-11 Liqasında keçirilən olan UGİM (Astara) – “Zirvə” (Lənkəran) oyunununda UGİM (Astara) və “Zirvə” (Lənkəran) komandalarının baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqri etdiklərinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Bu səbəbdən hər iki rəsmi şəxs 3 oyun cəzalanıb.