Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47 kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır