Bakı şəhərinin Suraxanı rayonunda 2 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.