Bu gün Çempionlar Liqasında 1/8 mərhələsinin növbəti oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, ikinci oyun günündə də iki matç baş tutacaq. İtaliyanın "Atalanta" komandası İspaniyanın "Valensiya" komandasını qəbul edəcək. Meydan sahiblərinin heyətində itki yoxdur. "Yarasalar"da isə müdafiəçi Kristiano Piççini və yarımmüdafiəçi Manu Vellexo zədəlidir. Qapıçı Yasper Sillessen, yarımmüdafiəçi Denis Çerışev və hücumçu Kevin Qameyronun matçda iştirakı sual altındadır.

Günün digər qarşılaşmasında "Tottenhem" İngiltərədə Almaniya "Leyptsiq"ini qəbul edəcək. London klubunda yarımmüdafiəçi Mussa Sissoko və hücumçu Harri Keynin zədə səbəbindən oyunu buraxacağı dəqiqdir. Qonaqlarda isə itkilər daha çoxdur. Müdafiəçilər Villi Orban ilə İbrahim Konate, yarımmüdafiəçilər Teyler Adams ilə Kevin Kampl zədəli olduqları üçün qarşılaşmada iştirak etməyəcəklər.

Qeyd edək ki, ötən gün "Borussiya" (Dortmund, Almaniya) evdə PSJ-ni 2:1, "Atletiko" (İspaniya) "Liverpul"u 1:0 hesabı ilə yenib. Mərhələnin qalan 4 oyunu gələn həftə keçiriləcək.

Çempionlar Liqası

2019/20 mövsümü

1/8 final (ilk oyunlar)

19 fevral

00.00 Atalanta (İtaliya) - Valensiya (İspaniya)

Baş hakim: Maykl Oliver (İngiltərə).

Milan. "San Siro" stadionu.

00.00 Tottenhem (İngiltərə) - Leyptsiq (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə).

London. "Tottenhem" stadionu.