Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu Alanyadakı "Oba" stadionunda keçiriləcək.

Unikal.org AFFA-nın saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) ilə razılıq əldə olunub.

Qeyd edək ki, mayın 26-da keçiriləcək qarşılaşmanın başlama saatı hələ açıqlanmayıb.