Ulduz futbolçu Kriştiano Ronaldo sevgilisinə verdiyi pulu açıqlayıb.

Unikal.org xəbər verir ki, "Yuventus" klubunun formasını geyinən Ronaldo lüks həyata düşkünlüyü ilə tanınan sevgilisi Georgina Rodrigezə aylıq 105 min dollar (178 min manat) pul verir. 26 yaşlı model Ronaldodan olan 3 yaşlı qızı Alana Marina ilə birlikdə Ronaldonun üç uşağına da analıq edir.

Qeyd edək ki, Ronaldo "Yuventus" klubundan illik 28 milyon avro (62 milyon manat) qazanır.