2016-cı ildə Rioda akeçirilən Yay Olimpiya Oyunlarında idmançı Pedro Qonçalveslə cinsi əlaqəyə girmək üçün Covonna adlı otaq yoldaşını çölə çıxardığı iddia olunan braziliyalı üzgüçü İnqrid Oliveyra yenidən gündəmə gəlib. 

Unikal.org xəbər verir ki, indi isə 22 yaşlı idmançının bundan sonra otaq yoldaşı ilə dalaşdığı iddia edilir. Mətbuatın yenidən gündəminə gələn hadiəsinin yarışdan bir gün əvvəl baş verdiyi deyilir.

İnqrid Oliveyra olayla bağlı açıqlama verərək "Pedro gecəni mənimlə keçirmədi və heç kimi otaqdan çıxarmamışam" deyib.

O, daha sonra olduqca maraqlı açıqlaması ilə diqqət çəkib: "İnsanlar bilmir, amma olimpiadalarda tək gecəlik münasibətlər normaldır. Bu səbəbdən olimpiya kəndlərində çox sayda qoruyucu paylanır".