Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçki günü 76 saylı Lənkəran-Astara seçki dairəsi müşahidəçi Jalə Bayramovanın döyülməsi ilə bağlı yayılan videodan danışıb.

Unikal.org xəbər verir ki,  MSK sədri qeyd edib ki, digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin: “Bu xanım da çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər.

Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, icazəsi olmadan onu kimsə çəkməsin.

Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Həmin xanımı qanunla cəzalanadıracaqlar. Ona görə də qarşı tərəf qabaqdan gəlmişlik edir ki, guya, xanımı döyüblər”.