Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, üçtərəfli telefon danışığı zamanı Türkiyə Prezidenti ötən gün Almaniyada baş verən terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verib.  

Ərdoğan Suriyanın şimalında, İdlib vilayətində Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün müttəfiq dövlətlərlə birgə fəaliyyətin əhəmiyyətini də vurğulayıb.