Ana bətnində olarkən abort olunması planlaşdırılan 15 yaşlı qızın son halı görənləri təəccübləndirir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kolorado ştatında yaşayan daun sindromlu Kennedi Qarsiya adlı yeniyetmə qız dünyaya gəlməzdən öncə həkimlər anasına onun müəyyən qüsurla doğulacağı barədə xəbərdarlıq etmişdi. Həkimlər belə bir qızı böyütməyin çox çətin olacağını bildirib və onu abort etməyi məsləhət görüblər.

Lakin qızın anası onu abort etdirmək istəməyib və qızını dünyaya gətirib. 15 yaşlı qız hal-hazırda məşhur markaların modelliyini edir. Həmçinin anası qızının rəqsi çox sevdiyi üçün evinin bir hissəsini rəqs səhnəsinə çevirdiyini bildirib. O, öz qızı ilə fəxr etdiyi qeyd edib.