Lerik rayonunda ağır yol qəzası baş verib. 

Unikal.org xəbər verir ki, hadisə Orand kəndi ərazisində çətin keçilən dağ yolunda qeydə alınıb. 

Orand-Lerik yolunda qeydə alınan hadisə nəticəsində 1988-ci il təvəllüdlü Xəqani Orucəli oğlu Rəhimov və onun 2 yaşlı oğlu Hüseyn Xəqani oğlu Rəhimzadə ölüb. 

Xəsarət alanlar isə bunlardır: Elnarə Hacıbaba qızı Rəhimli (1993-ci il təvəllüdlü, ölən uşağın anası), Zəhra Xəqani qızı Rəhimli (2012-ci il), Nigar Xəqani qızı Rəhimli (2016-cıı il təvəllüdlü) və Hüseynəli Faiq oğlu Rəhimli (2017- ci il təvəllüdlü).

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.  

Qəzada travma alan 1989-cu il təvəllüdlü Mail Musa oğlu Rüstəmov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qeyd edək ki, sürücü Mail Musa oğlu Rüstəmovun idarə etdiyi “UAZ” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölənlər və xəsarət alan 3 nəfər bir ailənin üzvləridir və Zuvand kənd sakinləridir.