Ucar rayonunda yol qəzasında ölən və yaralananların adları məlum olub.  

Unikal.org xəbər verir ki, Gürcüstan vətəndaşı Namiq Vahid oğlu Qərəkməzli qəzada ölüb. 

Bakı sakinləri - sürücü Eldar Tofiq oğlu Qarayev, Sahib Eldar oğlu Qarayev, Fatimə Sabir qızı Qarayeva və Kamalə Sabir qızı Əliyeva xəsarət alıblar. 

*** 16:01

Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində yol qəzası baş verib.  

Unikal.org xəbər verir ki, hadisə Ucar rayonunun Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Eldar Tofiq oğlu Qarayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili "Volvo" markalı yük maşınına çırpılıb. Nəticədə "Mercedes"də olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.