Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov yenidən deputat seçilib.

Unikal.org xəbər verir ki, Naxçıvan Ali Məclisinin 45 deputatı arasında 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilmiş Seymur Talıbov da var. O, seçki dairəsi üzrə seçicilərin 3942-nin və ya 91,1 faiz səsini toplayıb.

Qeyd edək ki, Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən millət vəkili seçilib