Səbail rayon Məhkəməsində Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini olmuş Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb.

Unikal.org xəbər verir ki, keçirilən prosesdə təqsirləndirilən şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar rüşvət alma, rüşvət vermə, mənimsəmə və vəzifələ səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.