Şamaxı rayonunun Quşçu kəndi ərazisində içərisində 4 nəfərin olduğu “VAZ” markalı minik avtomobilinin palçığa bataraq köməksiz vəziyyətdə qalması ilə bağlı "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.