İngiltərəli Grace Millane adlı qız internetdə tanış olduğu oğlanla 1 dekabr 2018-ci il tarixində görüşməyə getdikdən sonra bir daha geri qayıtmayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, cəsədi meşədə tapılan 22 yaşlı qızın həmin adamla cinsi əlaqədə olarkən boğularaq öldürüldüyü məlum olub. O, universitetdən məzun olduqdan sonra dünyanı gəzməyə qərar verən gənc qızı 22-ci doğum günündə öldürüb və meşədə basdırıb.

Qatil şəxs ömürlük həbs cəzasına məhkum edilib.