Türkiyənin Şırnak ərazisində intihar hadisəsi baş verib. 

Unikal.org-un xəbərinə görə, sevdiyi qızla evlənmək istəyən gənc  qızın ailəsinin istədiyi  100 min pul və qızıl tapa bilmədiyi üçün intihar edib. 

Belə ki,  Şırnak vilayətində illərdir davam edən başlıq pulunu ödəyə bilməyən gəncin ölümündən sonra  aidiyyatı qurumlar bu məsələ ilə bağlı cinayət işi açıb. 

Faktla bağlı araşdırma aparılır.  

Gülayə Mecid