Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Nuriyev Nurlan Nəsimi oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.