Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 50 saylı Abşeron-Qobustan Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınan Əflan İbrahimovun müraciətinə baxılıb.

Unikal.org-un məlumatına görə, bu barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

İ.Şahbazov bildirib ki, araşdırma nəticəsində 9 seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib: “Təklif edirəm həmin seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib.