Bakıda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

TƏBİB-dən Unikal.org-a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.

Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.