Danimarkada koronavirus infeksiyası aşkarlanıb.

Unikal.org xəbər verir ki, ölkənin TV2 kanalının müxbiri Şimali İtaliyaya getdiyi tətildən sonra onda koronavirus aşkar edildiyi bildirilib.

Məlumata görə, müxbirdə koronavirusun simptomları ötən gün səhər özünü göstərməyə başlayıb. 

Xatırladaq ki, dünyada koronavirus infeksiyasından ölənlərin sayı 2 804 nəfərdir. Virus daşıyıcılarının sayı isə 82 184-dən çoxdur.