Türkiyənin Antalya şəhərində dəhşətli hadisə baş verib. 

Unikal.org məlumat verir ki, 25 yaşlı gənc qız dostları ilə birlikdə getdiyi qayalıqlarda ayaqyoluna getmək üçün ayrılıb. Daha sonra  gənc qızın geri qayıtmadığını görən dostları onu axtarmağa başlayıblar. 

Bir müddət axtarışdan sonra dostları onun cansız cəsədini tapıblar. Hadisə yerinə cəlb olunan polis işçiləri 25 yaşlı gəncin huşunu itirərək 10 metr qayalıqdan düşərək həyatını itirdiyini qeyd edib. 

Faktla bağlı araşdırma aparılır.