ABŞ-da qəribə hadisə yaşanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Texas ştatında yaşayan Alyssa Ramirez adlı şəxs balıq tutmaq istəyərkən daha öncə görmədiyi dəniz canlısı ilə qarşılaşıb. O, "İlk öncə qarmağa yosun ilişdiyini zənn etdim. Sonra onun yosun olmadığını və soxulcana bənzədiyini gördüm. Üzərində qırmızı tikanlar var idi və soxulcan kimi hərəkət edirdi" sözlərini deyib.

Mütəxəssislər insan dərisinə nüfuz edə bilən bu canlının olduqca təhlükəli olduğunu bildiriblər.